Infoteka.az
İqtisadiyyat

Fuat Oktay: Türkiyə dövləti Ermənistan-Azərbaycan məsələsində tez qərar vermək məcburiyyətindədir

Türkiyə dövləti Ermənistan-Azərbaycan məsələsi, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişəsi kimi məsələlərdə tez və qəti qərar vermək məcburiyyətindədir.
Bu haqda Türkiyənin vitse-prezidenti Fuat Oktay “HaberTürk” kanalına verdiyi müsahibəsində bildirib.

Fuat Oktay qeyd edib ki, Türkiyədə mövcud olan Prezident idarəetmə sistemi ən effektividir, müxalifət liderinin seçkiləri qazanacağı halda ortaqlarına vəd etdiyi vitse-prezidentlik vəzifələri isə dövlət idarəetmə sistemində maneələr yaradacaq.

Fuat Oktay həmçinin əlavə edib ki, hazırki sistemdə son qərarı ölkə başçısı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.

Infoteka.az