“İnsayder”in verdiyi məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanov bildirib ki, Rusiyanın Ukraynadakı agentlik şəbəkəsi hələ də qalır, lakin onların imkanları tükənib və artıq mif olub.
K.Budanovun sözlərinə görə, Rusiya ordusu hücum imkanlarını itirib: “İndi onlar müdafiə olunurlar”.
Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, nüvə müharibəsi nəzəri cəhətdən mümkündür, amma praktik baxımdan belə imkan yoxdur: “Çünki bu ssenari Rusiyanın strateji məğlubiyyəti ilə başa çatacaq”.