Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.
Rusiya bürosunun verdiyi xəbərə əsasən, görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə baş tutacaq.
qeyd edek ki, mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Səfər zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsi keçiriləcək.
Bu gün Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.