Dünyanın ən uzun burunlu insanı dünyasını dəyişdi.
Dünyanın ən uzun burunlu insanı kimi 8,8 sm uzunluğunda burnu ilə Ginnesin Rekordlar Kitabına düşən türkiyəli Mehmet Özyürek dünyasını dəyişib.
Mehmet Özyürek 74 yaşında ürək tutmasından vəfat edib.
Xatırladaq ki, ilk dəfə 1997-ci ildə Rizədə keçirilən Beynəlxalq Uzun Burun Yarışmasında Özyürek 8,8 santimetrlik burnu ilə bütün rəqiblərini geridə qoyaraq, Türkiyənin ən uzun burunlu insanı seçilib.