Infoteka.az
Dünya

Kolumbiyada möcuzə hadisə baş verib

Kolumbiyanın Amazon meşələrinə təyyarədən düşən 4 uşaq, 2 həftə davam edən axtarışlardan sonra sağ tapılıb.

Uşaqların ən böyüyünün 13, ən kiçiyinin isə 11 aylıq körpə olduğu öyrənilib. Xilasedicilər uşaqları tapdıqları ərazinin bitki örtüyündən hazırlanmış müvəqqəti sığınacaq olduğunu da təsdiqləyiblər. Müvəqqəti sığınacaq ərazisindəki tullantılar uşaqların günlərlə meyvə yeyərək sağ qaldığını üzə çıxarıb.

Uşaqların 2 həftə ərzində Amazon meşəsində həyat mübarizəsi aparması dünya mətbuatının ən diqqət çəkən gündəm mövzularından birinə çevrilib.

Infoteka.az