Infoteka.az
Dünya

Türkiyə Milli Qurtuluş Mübarizəsinin başlanmasının 104-cü ildönümünü qeyd edir

Bu gün Türkiyədə Atatürkü Anma Günü, Gənclik və İdman bayramıdır.

Bayramın qeyd olunması ölkədə 1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır.

Xatırladaq ki, bu tədbir 1938-ci il 19 may tarixindәn etibarәn milli bayram olaraq qeyd edilir.

Bayrama “Atatürkü Anma” əlavəsi isə 1981-ci ildə olunub və həmin vaxtdan bu günədək hər il rəsmi qaydada 19 may Atatürkü Anma, Gənclik və İdman bayramı kimi keçirilir.

Atatürkün anım günü və gənclər və idman bayramı ilə bağlı tədbirlər keçirilir. Ölkə rəhbərliyi Türkiyə Cümhuriyyətinin qurucusunun Anıt Qəbir mavzoleyini ziyarət edir.

Infoteka.az