Infoteka.az
Siyasət

Xirosimada G7 sammiti başladı

G7 sammiti Xirosimada başladı.
Xirosimada (Yaponiya) G7 sammiti başlayıb. G7 sammitini ölkələrinin başçıları Sülh Memorial Muzeyini ziyarət edərək tədbiri açıblar. 

Müzakirələrdə Yaponiyanın baş naziri Fumio Kişida ilə yanaşı, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Kanada və İtaliya liderləri də iştirak edib.

Sammitin gündəliyi “Rusiyanın hərbi potensialının zəiflədilməsi” məsələsidir.

Sammitə Avropa İttifaqı, İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam nümayəndələri də dəvət olunub.

Qeyd edək ki, ABŞ və Yaponiya G7 toplantısında Vladimir Zelenskinin şəxsi iştirakını təsdiqləyib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin də G7 sammitində iştirak etmək üçün Yaponiyaya gedəcəyini xəbər verib.

Bildirilib ki, Ukrayna prezidenti bundan əvvəl Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanında olacaq, oradan isə ABŞ hərbi təyyarəsi ilə Yaponiyaya səfər edəcək.

 

Infoteka.az