Infoteka.az
Siyasət

Ərdoğan: Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq

Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.

Bunu CNN telekanalına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsahibəsində deyib.

“Biz Qərbin sanksiyalarına bağlı deyilik. Biz güclü dövlətik və Rusiya ilə yaxşı münasibətlərimiz var”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, taxıl sazişinin daha 2 ay uzadılması məhz rusiyalı həmkarı Vladimir Putinlə münasibətlər sayəsində mümkün olub.

Infoteka.az