Azərbaycan və Ermənistan arasında imzalanmış sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələr hər iki tərəfin razılaşmasına yaxınlaşdırmaq mümkün olub.
Bu barədə Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunları üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, “Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda o, digər vasitəçilərin də iştirakı ilə aktiv şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan prezidentləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində işləmək, əlbəttə ki, əsasdır. Lakin bizim tərəfdaşlarımız bu gün bir daha təsdiq etdilər ki, delimitasiya məsələlərini həll etmədən, nəqliyyat və iqtisadi kommunikasiyaları blokdan çıxarmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir”.
Lavrovun sözlərinə görə, gələn həftə baş nazir müavinlərinin başçılıq etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələləri ilə bağlı iclası keçirilməlidir: “Ümid edirik ki, müsbət nəticə əldə olunacaq. Artıq tərəflər yekun razılaşmaya yaxındırlar”.