Gürcüstan prezidenti qeyd etdi ki, gürcü xalqının müqavimətinə baxmayaraq, Rusiya öz təyyarəsini Tbilisiyə endirib.
"Azimut" şirkəti 2019-cu ildən bəri ölkəyə ilk birbaşa uçuş həyata keçirib.
Rusiyada Moskvanın Vnukovo hava limanından Gürcüstanın Tbilisi şəhərinə dörd ildən sonra ilk birbaşa uçuş həyata keçirilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə hava limanına çoxlu sayda polis işçiləri cəlb olunub.
Rusiya-Gürcüstan hava əlaqəsinin bərpasına qarşı çıxan Gürcüstan müxalifətinin və qeyri-hökumət təşkilatları aeroport ərazisində etiraz aksiyası təşkil ediblər.
Etirazçılar hətta polis kordonunu yararaq hava limanın ərazisin giriblər.
Aeroport ərazisində polislərlə etirazçılar arasında toqquşmalar baş verib.