Slovakiyanın Mixalovtse şəhərində Kombat Ciu-Citsu üzrə açıq Avropa çempionatının qızıl medalçısı, Aykido üzrə ikinci dan qara kəmər ustası Fidan Yusifova qələbəsini Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edib.
F.Yusifova bildirdi ki, beynəlxalq yarışda Azərbaycanın bayrağını ikinci dəfə dalğalandırmaq qürurverici hissdir.
"Bundan öncə dünya çempionu olmuşdum, bu dəfə hədəfim Avropa çempionu olmaq idi. Özümə çox güvənirdim, müəllimim - atam Ramin Yusifova və digər zəhmət çəkən məşqçimlərə məni bu yarışa çox yaxşı hazırladıqlarına görə təşəkkür edirəm”, - Fidan Yusifova vurğulayıb.
Fidan Yusuifova həmçinin mübarizənin gərgin keçdiyini bildirdi.
F.Yusifova onuda qeyd etdi ki, “Yarışda 4 rəqiblə üz-üzə gəldim. Ən gərgin mübarizə finaldakı rəqibim ukraynalı idmançıyla idi. Onun təcrübəsi çox olsa da, qələbə qazanraq qızıl medala nail oldum".