Infoteka.az
Siyasət

İranda məhkum edilmiş etirazçıların son edamlarını Avropa İttifaqı (Aİ) qəti şəkildə pisləyib

İranda məhkum edilmiş etirazçıların son edamlarını Avropa İttifaqı (Aİ) qəti şəkildə pisləyir.

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano tviterdəki səhifəsində bunun barəsində məlumat paylaşıb .

Peter Stano bildirib ki, “Avropa İttifaqı İranda həbs edilmiş etirazçıların son edamlarını ən kəskin şəkildə pisləyir, bir daha İran hakimiyyəti etirazçılara qarşı ölüm hökmünün tətbiqi və həyata keçirilməsi kimi çox qınanılan təcrübəyə dərhal son qoymağa çağırır”.

Infoteka.az