Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə üçüncü dəfə prezidentliyə namizəd olmayacağını bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına müsahibəsində bu haqda danışıb.
“Mövcud qanunlara görə, prezident yalnız iki dəfə seçilə bilər. Mənim birinci səlahiyyət müddətim başa çatıb, hazırda ikinci müddətə seçkilər gedir. İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq”, - deyə Türkiyə lideri, teleaparıcının 2033-cü ilə qədər ölkəyə rəhbərlik edib-etməyəcəyi ilə əlaqədar sualını cavablandırıb.