ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni 375 milyon dollarlıq hərbi yardım paketini açıqlamaq niyyətindədir.
ABŞ lideri bu barədə həftəsonu Ukrayna Prezidenti Volodimir Zelenski ilə Yaponiyada G7 (Böyük Yeddilik) sammitinin keçirildiyi görüşdən sonra açıqlama verəcək.
Yardım paketinə artilleriya mərmiləri, zirehli maşınlar və tank əleyhinə silahlar daxil olacaq. ABŞ, həmçinin HIMARS raket sistemləri üçün əlavə sursatları Ukraynaya təhvil verəcək.
Bu il G7-yə sədrlik edən Yaponiyanın Xirosima şəhərində mayın 19-dan 21-dək sammit keçiriləcək.