Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda səs verib.
Verilən məlumata əsasən , Cahit Bağçı, səfirlik binasında açılan seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
C.Bağçı tviter həsabında bu barədə paylaşım edib.
“İkinci turda səs verdik. Ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzulayıram”-deyə, o yazıb.