“Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın Xirosima şəhərində Fransanın dövlət başçısı Emmanuel Makronla görüşüb.
Bu haqda V.Zelenskinin Mətbuat xidmətindən məlumat verilib.
Zelenski, Kiyevə hərbi yardıma görə fransalı həmkarı Emmanuel Makrona təşəkkürünü bildirib.
Xatırladaq ki, V.Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir. “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.