Infoteka.az
Sosial

"Azərbaycanda Dominikan günləri keçiriləcək"

Bunun barəsində Dominik Respublikasının  Azərbaycandakı və Türkiyədəki səfiri Elvis Antonio Alam Laurent məlumat verib.

Azərbaycandan ezamiyyətdən qayıtdığını vurğulayan səfir hazırda Bakıda Dominikan Günlərinin keçirilməsi ilə bağlı layihə üzərində işlədiklərini qeyd edib: “Mən həmişə deyirəm ki, bu ölkənin zənginliyi mədəni müxtəlifliyindədir. Dominikan Respublikası da Azərbaycan kimi zəngin mədəni müxtəlifliyə malikdir. Bizim zəngin mədəni irsimiz var. Ölkəmiz rəngarəngdir. Mən bunu Azərbaycanda da görmüşəm. Bakıda qədimliklə müasirliyin sintezi məni heyran etdi. Azərbaycanlılar xeyirxahlıqda, səmimiyyətdə bizim kimidirlər. məhsullarımızı Azərbaycana da tədarük etməyi planlaşdırırıq”.
Elvis Antonio Alam Laurentin sözlərinə görə, günlər ən çox ziyarət edilən yerlərdən birində təşkil olunacaq: “Bu, park və ya başqa yer ola bilər. Biz fotoşəkillər, musiqi və yeməklərdən ibarət sərgi təşkil etməyi planlaşdırırıq. Hər kəs bu tədbirdə iştirak edə bilər”.

Səfir ölkəsinin turizm üçün zəngin imkanlara malik olduğunu qeyd edib: “2022-ci ildə Dominikan Respublikasına 8 milyon turist səfər edib. Biz regionun əsas diqqət mərkəzindəyik. Turizm ölkənin ən vacib və gəlir gətirən sahələrindən biridir. məqsədlərimizdən biri də Azərbaycandan gələn turistlərin sayını artırmaqdır. Ona görə də Dominikan Respublikası ilə Azərbaycan arasında birbaşa aviareyslərin açılması qarşılıqlı turist axınını təmin edə bilər. Bununla bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparırıq”

Infoteka.az