Türkiyədə prezident seçkilərinin ikinci turunda aktiv seçici fəallığı müşahidə olunur.
Bu haqda Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop məlumat verib.
Rəcəb Öztopun dediyinə görə, Türkiyənin Gəncədəki Baş Konsulluğunda səsvermənin ikinci turu da birinci tur kimi tam şəffaf və qanunlara uyğun keçirilir.
Türkiyədə prezident seçkilərinin ikinci turu çərçivəsində Azərbaycanda səsvermə may ayının 20 , 21, 22 tarixlərində hər gün saat 08:00-dan 22:00-dək keçirilir. Türkiyə vətəndaşları Gəncə və Naxçıvandakı Baş Konsulluğun binalarında, o cümlədən Türkiyənin Bakıdakı səfirliyinin binasında səs vermə hüquqlarından istifadə edə bilərlər.
Heç bir namizəd yüzdə 50-dən çox səs toplaya bilmədiyi üçün Türkiyədə prezident seçkilərinin ikinci turu may ayının 28-də keçiriləcək.