Infoteka.az
İqtisadiyyat

Qızılın qiyməti düşüb

Qızılın bir unsiyasının qiyməti 1700 ABŞ dolları səviyyəsindən aşağı düşüb.

İnfoteka.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,89 %, yaxud 15,2 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 694,1 ABŞ dollarına satılıb.

İnvestorlar ABŞ-da əmək bazarı ilə bağlı məlumatları qiymətləndirirlər. Belə ki, makroiqtisadi göstəricilər ənənəvi olaraq dolların qiymətinə müsbət təsir edən və qızılın qiymətinin artmasına mane olan Federal Ehtiyat Sisteminin (FRS) monetar siyasətinin sərtləşdirməsi ilə bağlı gözləntilərini dəstəkləyib.

Infoteka.az