COVID-19 pandemiyasının ilk iki ilində demək olar ki, 337 milyon illik həyat itirildi, milyonlarla insan vaxtından əvvəl öldü.
Bu barədə ÜST məlumat yayıb.
Pandemiya rəsmi olaraq yeddi milyona yaxın insanın həyatına son qoyub, əsl rəqəmin 20 milyona yaxın olduğu güman edilir.
ÜST rəsmi olaraq 2020 və 2021-ci illərdə COVID-19-dan 5,4 milyon ölümü qeydə alıb, bu dövrdə ölümlərin həddən çox artması böhran səbəbindən təxminən 14,9 milyon insanın öldüyünü göstərir.
Ən əsası, statistika yalnız bu iki il ərzində COVID-19-un 336,8 milyon illik həyat itkisi ilə nəticələnib. Bu da pandemiya vaxtı insanların ömürünün azalması ilə izah edilir.