Infoteka.az
Mədəniyyət

Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş olub

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsində Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

Tədbiri fakültənin dekanı Ələmdar Cabbarlı açıb, şairin həyat və yaradıcılığı haqqında tələbələrə geniş məlumat verib: "Qəşəm Nəcəfzadənin indiyə kimi qırx şeir  kitabı çap olunub və bu kitablardan on səkkizi dünya ölkələrində işıq üzü görüb. Onun yaradıcılığında insan, ölüm, həyat, vətən, vətənin dünəni, bu günü və sabahı haqqında şeirlər mühüm yer tutur. Qəşəm Nəcəfzadə 44 günlük Vətən müharibəsinə, şəhidlərimizə və qazilərimizə xeyli maraqlı, yaddaqalan şeirlər həsr edib".

Tədbirdə şair haqqında kiçik bir film nümayiş olunub, tələbələr şairin yaradıcılığı əsasında  hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim ediblər.

Sonra Q.Nəcəfzadə şeirlərindən nümunələr oxuyub, tələbələrin suallarını cavablandırıb və yeni çapdan çıxan kitablarını onlara hədiyyə edib.

Infoteka.az