Amerikanın F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi Avropa və dünya üçün tarixi an olacaq. Bu, qlobal təhlükəsizlik arxitekturasını müəyyən edəcək.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitinin sessiyasında çıxışı zamanı söyləyib.
"Pilotlarımız F-16-nı tanıyanda və bu təyyarələr səmamızda görünəndə, bu, təkcə Ukrayna üçün əhəmiyyət kəsb etməyəcək. Bu, Avropanın və dünyanın bütün təhlükəsizlik arxitekturası üçün tarixi bir an olacaq", - deyə Zelenski əlavə edib.
Zelenski qeyd edib ki, hava məkanı yalnız yerüstü hava hücumundan müdafiə sistemləri müasir təyyarələrlə tamamlandıqda tam qoruna bilər.
O, təqdim olunan hava hücumundan müdafiə sistemləri, yəni Patriot, Iris-T, NASAMS, Crotale, Samp-T üçün tərəfdaşlara təşəkkür edib. Zelenski qeyd edib ki, onlar təkcə müdafiəni təmin etmir, həm də demokratiya üçün qlobal təhlükəsizlik brendi yaradırlar.
Dünya