ABŞ prezidenti Co Bayden bazar günü Ukrayna lideri Vladimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya doğru irəliləmək üçün dördüncü nəsil F-16 qırıcılarından istifadə etməyəcəyinə dair zəmanət aldığını bildirib.
Xirosimada keçirilən Yeddilik Qrupu (G7) sammiti çərçivəsində keçirilən mətbuat konfransında müxbirin F-16 qırıcılarının tədarükü münaqişəni qızışdırıb-qaldırmayacağı sualına Bayden belə cavab verib:
“Mənim Zelenskidən dəqiq əminliyim var ki, onlar Rusiya ərazisinə irəliləmək üçün F-16 qırıcılarından istifadə etməyəcəklər”.