Infoteka.az
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı veriblər

Litva Respublikasının keçmiş Prezidenti Zati-aliləri cənab Valdas Adamkusa  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik".

Infoteka.az