Infoteka.az
Hadisə

Gəncədə kafeyə qumbara atan şəxsi polis əməkdaşları tərəfindən saxlanılıb 

Gəncədə kafeyə qumbara atan şəxsi polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə ilə DİN-dən məlumat verilib.

Qumbara atan Gəncə şəhər sakini Elmir Nağıyevin Bakı şəhərindəki mənzillərdən birində gizləndiyi müəyyən olunub. O, əvvəllər də törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə məhkum olunduğu bildirilib. 

E.Nağıyev saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib. Daha sonra polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Elmir Nağıyev zərərsizləşdirilib. Hadisə yerindən 1 ədəd əl qumbarası və  tapança götürülüb.

Infoteka.az