BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) Türkmənistanın təşəbbüsü ilə Aral dənizi hövzəsi üçün xüsusi proqramının yaradılması şərtlərini nəzərdən keçirmək üçün Türkiyə və Azərbaycanın da həmmüəllifləri olduğu qətnamə qəbul edib.
Türkmənistan Xarici İşlər Nazirliyi bu barədə məlumat verib.
Tailandın paytaxtı Banqkokda Türkmənistanın təşəbbüsü ilə təşkil edilən ESCAP-ın 79-cu sessiyasının yekun nəticələrinə görə, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının “Aral dənizi hövzəsi üçün Birləşmiş Millətlər Təşkilatının xüsusi proqramının yaradılması şərtlərinin nəzərdən keçirilməsi” adlı qətnaməsi yekdilliklə qəbul edilib.
Aral dənizinin həcmi axırıncı yarım əsrdə təxmini olaraq 10 dəfəyə qədər azaldığı müşahidə edilib. Bundan qabaq dünyanın ən böyük dördüncü dənizi olan Aral hal hazırda ərazisi 54 min kvadratmetrə yaxındır və bir neçə su anbarına bölünüb .
Agentliyin verdiyi məlumata əsasən, bu, Türkmənistanın komissiya çərçivəsində təşəbbüskarı olduğu ilk qətnamədir.
Dövlət başçılarının - Aralın Xilas olunması üzrə Beynəlxalq Fondun təsisçilərinin Bakıda keçirilmiş sammitinin nəticələrini özündə əks etdirir.