Infoteka.az
İdman

Avropa kubokunun qalibi Azərbaycan cüdoçusu oldu

Bosniya və Herseqovinanın paytaxt şəhəri Sarayevoda  keçirilən cüdo üzrə açıq Avropa Kuboku başa çatmaq üzrədir.

Yarışın ikinci günündə Azərbaycan cüdoçusu Məhərrəm İmamverdiyev 81 kq çəki dərəcəsində  Mateuş Saliş (Polşa), Ari Vinkler (İsrail), Mo Van Dum (Niderland) və Botond Totu (Macarıstan) məğlub edib.

Yarışın həlledici mərhələsində M.İmamverdiyev Niderland idmançısı Koen Van Vindeni məğlub edərək turnirin qalibi olub.

Infoteka.az