Infoteka.az
Dünya

Baxmut şəhərinin bir sıra yerlərində Ukrayna Silahlı Qüvvələri  mövqelərini geri qaytarıblar.

Baxmut şəhərinin bir sıra yerlərində Ukrayna Silahlı Qüvvələri  mövqelərini geri qaytarıblar.

“İnfoteka”nın UNİAN-a istinadən məlumatına görə, Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində bu haqda məlumat verib.
Sergey Çerevatı bildirib ki, "Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı qoruyub saxlayır. İtki riskinin az olduğu yerlərdə bölmələrimiz əks-hücuma keçərək irəliləməyə çalışır. Xüsusilə, son 24 saat ərzində cəbhənin bəzi ərazilərində 200 metr irəliləyişlər olub".

Çerevatı həmçinin bildirib ki, Baxmut şəhəri Rusiya ordusu  üçün hələ də birinci hədəf mövqe olaraq qalır və onlar hələ də şəhəri özlərinin tam olaraq nəzarəti altına almağa səy göstərirlər.

Infoteka.az