Infoteka.az
İdman

Azərbaycan cüdoçuları 3 medal qazanıb

Azərbaycan cüdoçuları 3 medal qazanıb.

Mayın 20-21-də İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 medal qazanıb.
 Azərbaycan Cüdo Federasiyası bununla bağlı məlumat paylaşıb.
Azərbaycan cüdoçuları yarışın birinci günündə 1 qızıl və 1 bürünc medal qazanıblar. Turnirin ikinci günündə isə Kənan Nəsibov  +100 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.  -81 kq çəkidə Ömər Rəcəbli yarışı 5-ci yerdə başa vurub.
Cüdoçularımız turnirdə ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar və oğlanlar arasında dördüncü yerə , ümumi komanda hesabında beşinci yerə layiq görülüb.

Infoteka.az