Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı başa çatıb.
Çempionatın bağlanış mərasimində iştirakçı ölkələrin paradı olub.
Daha sonra Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Avropa Gimnastika İttifaqının bayrağını Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolara təqdim edib. O, öz növbəsində, 2024-cü ildə Avropa çempionatının bu ölkədə keçiriləcəyinə işarə olaraq bunu Macarıstan təmsilçisinə verib.