Infoteka.az
Siyasət

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 76-cı iclası keçirilib

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 76-cı iclası keçirilib.
Azərbaycan Respublikasını Assambleyanın sessiyasında səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Ümumdünya Səhiyyə Assambleyasının sessiyası çərçivəsində tibbi texnologiyalar və rəqəmsal səhiyyə xidmətlərinin inkişafı sahəsində liderlərdən biri olan Siemens Healthineers şirkətinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti  görüşüb.

Görüş əsnasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və hər iki tərəfi maraqlandıran məsələlər toxunulub. Azərbaycanda səhiyyə sahəsində qabaqcıl texnologiyaların, süni intellektin və innovativ nailiyyətlərin tətbiqi mexanizmlərinin imkanları ətrafında da fikir mübadiləsi aparılıb.

Infoteka.az