Infoteka.az
İdman

Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast Zöhrə Ağamirovadır

Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast Zöhrə Ağamirovadır.

Bununla bağlı məlumatı Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tviterdəki səhifəsində paylaşıb yayıb.
Paylaşımda yazılıb, “Tarixə düşdü! Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast oldu. Ölkəmizdə keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova topla fərdi çıxışında bürünc medal qazanıb”.

Tokio 2020 Yay Olimpiya Oyunlarının iştirakçısı, Konya 2022 İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə Ağamirova Bakı gimnastika məktəbinin yetirməsidir.
Xatırladaq ki, Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.

Infoteka.az