Hillari Klinton: Tramp Si və Putin kimi liderlər üçün “hədiyyə” olub.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiya və Ukrayna arasındakı münaqişəni, Vaşinqtonun Pekinlə münasibətlərini və Amerika lideri Co Baydenin yenidən prezident seçilmə perspektivlərini dəyərləndirib.
Bu barədə "Financial Times" məlumat verib.
Hillari Klinton bəyan edib ki, 2024-cü ildəki seçkilərdə Baydenin sələfi Donald Trampın qələbəsi ABŞ-də “demokratiyanın sonu” və “Ukraynanın sonu” deməkdir.
Klintonun dediklərinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzkarlığı Çinin Tayvanı ələ keçirmək istəyini təxirə salıb.
Həmçinin o, bildirdi ki , Putinin Ukraynanı tez bir zamanda işğal ede bilməməsi fonunda Çinin dövlət başçısı Si Cinpin adaya yanaşmasını yenidən qiymətləndirir. Onun fikrincə, Tramp Si və Putin kimi liderlər üçün “hədiyyə” olub.