Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyatın əlaqələndirilməsi və davamlı inkişaf yolu ilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir.
Konfrans Azərbaycan Milli Məclisi və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilir.
Konfrans iştirakçıları arasında Milli Məclisin sədri Sahibə Qafarova, ATƏT PA-nın sədri Marqareta Sederfelt, Monteneqro parlamentinin sədri Daniela Curoviç, ATƏT PA-nın baş katibi Roberto Montella və başqaları var.
Konfransda çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf üçün beynəlxalq nəqliyyat və ticarətin təşviqi vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzularına və bir sıra məsələlərə toxunulacaq.
Siyasət