Dnepr elektrik xəttinin bağlanması ilə əlaqədar Zaporojye atom elektrik stansiyası (AES) dizel generatorlarına keçib.
Bu barədə stansiyanın “Telegram” kanalında bildirilib.
“Dneprdə 750 kV-luq yüksək gərginlikli xəttin bağlanması nəticəsində Zaporojye AES xarici enerji təchizatını itirib. Xəttin kəsilməsinin səbəbləri araşdırılır”, - deyə məlumatda bildirilib.
Vurğulanıb ki, zavodun ərazisində, sanitar mühafizə zonasında və müşahidə zonasında normal radiasiya fonu qalır.