Xarici elektrik enerjisi tədarükünü itirdikdən sonra Zaporojye Atom Elektrik Stansiyasında (AES) olduqca həssas vəziyyət yaranıb.
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Tvitter paylaşımında qeyd edib.
“Ukraynanın Zaporojye AES-i bu səhər xarici elektrik tədarükündən münaqişə dövründə 7-ci dəfə məhrum qaldı və bu onu eletrik enerjisi üçün dizel generatorlarından istifadəyə məcbur etdi. Stansiyada nüvə təhlükəsizliyi vəziyyəti son dərəcə həssasdır. Biz stansiyanın qorunmasına indi razılaşmalıyıq, bu vəziyyət davam edə bilməz”, - Qrossi qeyd edib.
Qeyd edək ki, Rusiyanın Energoatom şirkəti Zaporojye AES-də generatorlar üçün 10 günlük yanacaq ehtiyat qaldığını açıqlayıb.