Sudanda ordu ilə xüsusi təyinatlı çevik reaksiya qüvvələr arasında baş verən silahlı qarşıdurmada həlak olan mülki vətəndaşların sayı 863-ə çatıb.
Bu barədə “Al Hadath” telekanalı Sudanda Həkimlərin Həmkarlar İttifaqına istinadən məlumat yayıb.
Məlumata əsasən xəsarət alanların sayı 3 531 nəfərə yüksəlib.
Qeyd edək ki, bu gün səhər saatlarında Sudan silahlı qüvvələri xüsusi təyinatlıların paytaxtdakı bazalarına bir neçə hava zərbəsi endirib və Xartuma aviazərbələr endirilməsi ən azı iki saat davam edib.