Infoteka.az
Hadisə

Azərbaycanda dəhşətli qəzada ölən cütlük Bakıya nişan üzüyü almağa gedirmiş

Bu gün Qobustanda baş verən dəhşətli qəzada ölənlərlə bağlı yeni məlumat yayılıb. 

APA xəbər verir ki, qəzada ölənlər bir ailənin üzvləridir.

Belə ki, 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olub. Qəzada ölən azyaşlı isə onların övladıdır.

Qəzada ölən Əmrah Nuriyev Şəbnəm Səmədovanın qardaşı, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə anasıdır.

Hadisə nəticəsində həlak olan 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Ə.Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirlərmiş. 

Infoteka.az