Dünyanın ən varlı adamı və "Amazon"un yaradıcısı Ceff Bezosun yeni yaxtası diqqət çəkib.
127 metrlik "Koru"nun (tərcüməsi "yeni başlanğıclar") burnunda biznesmenin sevgilisi Lauren Sançezin heykəli qoyulub.
Hazırda cütlük İspaniyanın Mayorka adasında lövbər salan yaxtada dincəlir.
Qeyd edək ki, 5 il ərzində hazırlanan su nəqliyyat vasitəsi dünyanın ən böyük yelkənli yaxtası hesab olunur və dəyəri 500 milyon dollardır (850 milyon 983 min 870 manat). Yaxtada helikopter meydançası belə var.