PSJ-nin futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.
Argentinalı hücumçu bu mövsüm böyük beşlik liqalarında çıxış edən oyunçular arasında bütün turnirlərdə 20 qol və 20 məhsuldar ötürməyə çatan ilk oyunçu olub.
36 yaşlı forvard buna Fransa Liqa 1-in 36-cı turunda “Oser”lə oyunda (2:1) ikinci qolun assistini etməklə nail olub. Beləliklə, o, mövsümdə məhsuldar ötürmə sayını 20-yə çatdırıb.
Qeyd edək ki, Lionel Messi cari mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 39 oyun keçirib.