Infoteka.az
Siyasət

Ermənistan Qarabağı bir şərtlə Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır

Ermənistan Qarabağı bir şərtlə Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır
Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi təmin olunması şərti ilə Ermənistan Qarabağı  Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır.
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün mətbuata bununla bağlı açıqlama verib.

Paşinyan vurğulayıb ki, 86 600 kv. km Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisinə Qarabağ daxildir.

Nəticə etibarilə, Nikol Paşinyan  etiraf edib ki, Qarabağın Azərbaycanın suveren ərazisidir, ermənilərin, o cümlədən MR-da yaşayan digər etnik azlıqların hüquqlarının və təhlükəsizliyinin Azərbaycan qanunvericiliyi çərçivəsində təmin ediləcək.

Infoteka.az