Infoteka.az
Siyasət

İlham Əliyevin Litvaya səfəri Litva və Azərbaycan əməkdaşlığına müsbət təsir göstərəcək

İlham Əliyevin Litvaya səfəri Litva və Azərbaycan əməkdaşlığına müsbət təsir göstərəcək.
Litva və Azərbaycan arasında əməkdaşlığın inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litvaya səfəri daha da müsbət təsir göstərəcək.
 Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bu haqda açıqlamasında bildirib.

“Bir il əvvəl Azərbaycana səfərim zamanı əməkdaşlıqla bağlı səmərəli danışıqlara başladıq. Sonra danışıqlar zamanı iqtisadi və təhsil sahələrində əlaqələrin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğumuzu bildirdik”.
Gitanas Nauseda həmçinin vurğulayıb ki,  İlham Əliyev bu gün ikinci Litva-Azərbaycan biznes forumunun açılış tədbirində iştirak edəcək və bu, Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın inkişafı üçün daha geniş imkanlar yaradacaq.

Infoteka.az