Infoteka.az
Siyasət

Paşinyan: "Bakı və İrəvan qoşunları sərhəd boyunca eyni məsafədə geri çəkilərsə sülhə nail olmaq olar"

“Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistan hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir”.
 Mayın 22-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə danışıb.
Pasinyan vurğulayıb ki,
“Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır, biz mətn üzrə ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik. Beynəlxalq ictimaiyyətin təsəvvürü getdikcə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü müvafiq olaraq 29,8 min kv.km və 86,6 min kv.km sahədə qeyd-şərtsiz tanımalı olduğu düsturuna meyillənir”.
Paşinyanın düşünür ki , Bakı və İrəvan qoşunları sərhəd boyunca eyni məsafədə geri çəkilərsə sülhə nail olmaq olar.

Paşinyan əlavə olaraq bildirib ki, “İqtisadi və büdcə göstəriciləri, məncə, cəmiyyətin və iqtisadiyyatın hökumətimizin sülh proqramına reaksiyasıdır”.

Infoteka.az