Infoteka.az
Siyasət

Kaxa Kaladze ruslar üçün viza rejiminin tətbiqinə qarşı çıxıb

Kaxa Kaladze ruslar üçün viza rejiminin tətbiqinə qarşı çıxıb.
“Turistlərin gəlişi ilə bağlı dediklərini də xatırlayırıq. Birbaşa reyslərin olmasının nəyi pisdir ki? İnsanlar İrəvan və ya başqa ölkələrdən uçmaq əvəzinə, birbaşa reyslər sayəsində bizə müraciət edirlər. Rusiyada çoxlu gürcü yaşayır, onların vətənə birbaşa gəlmək imkanları olmalıdır”, - Kaladze bildirib.
Xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunması və gürcülərə viza rejiminin ləğvi ilə bağlı fərman imzalamışdı. Fərman 15 maydan qüvvəyə minib.

Infoteka.az