ABŞ-dan Nyu Yorkdakı Türk Evinə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz tvitter hesabında bunula bağlı yazıb.
O, paylaşımında qeyd edib ki, Nyu Yorkdakı Türk Evinə mənfurcasına hücum nəticəsində birinci mərtəbənin pəncərələrinin şüşələri sınıb: "Biz ABŞ-dan hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini və ev sahibi ölkə kimi diplomatik nümayəndəliklərimizə lazımi müdafiəni təmin etməsini gözləyirik".