Infoteka.az
Dünya

Muharrem İnce xəstəxanaya yerləşdirilib

Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce xəstəxanaya yerləşdirilib. 
Bu barədə İncə sosial media hesabında məlumat paylaşıb. 
O, xəstəliyinin səbəbini açıqlamayıb:
 "Günümü xəstəxanada siyasətdən kənar bir gündəmlə keçirdim. Haqqımda şayiələr yayıldığını eşitmişəm. Hamısı qeyri-realdır. Zəng edib xoş arzularını çatdıran bütün dostlarıma təşəkkür edirəm", - deyə İncə yazıb.
Xatırladaq ki, Məhərrəm İncə Türkiyədəki prezident seçkilərinin namizədi idi . Lakin seçkilərə 3 gün qalmış namizədliyini geri çəkib.

Infoteka.az