Biləsuvar rayonunda Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə küçələrə Qarabağ uğrunda canından keçmiş şəxslərin adları verilib.
Qeyd edib ki, şəhidlərin adlarının verildiyi küçələr rayonunun mərkəzi və eləcə də ətraf kəndlərini əhatə edir. Beləliklə, yeni adlandırılan 24 küçədən 12-si rayon mərkəzində, digərləri isə ətraf kəndlərdə yerləşir.
Onuda vurğulamaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş tarix yazan şəhidlərin xatirələrinə ehtiram əlaməti olaraq və qəhrəmanların adları əbədiləşdirilməsi məqsədilə onların adı məktəblərə, küçələrə verilir , o cümlədən, onların adına bulaqlar açılır və abidələr ucaldılır.