Infoteka.az
Sosial

Azərbaycan Respublikası artıq bütün dünyada öndə gedən dövlətlər arasında özünəməxsus yerini tutub

Biz son 30 il ərzində dünyanın qabaqcıl dövlətləri tərəfindən Ermənistanın təcavüzkar siyasətinə qarşı heç bir tədbir görülmədiyinin, sözdə insan hüquqlarından bəhs edən yüz minlərlə Azərbaycan vətəndaşının erməni işğalı nəticəsində pozulan hüquqlarının müdafiəsi üçün  Ermənistana təzyiq göstərilmədi. Məhz buna görə də 30 ildən sonra – 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan bu problemi hərbi yolla həll etmək məcburiyyəti qarşısında qaldı. Azərbaycan əsgəri dünya dövlətlərinin, beynəlxalq təşkilatların 30 ildə dəyirmi masa arxasında həll edə bilmədiyi problemi cəmi 44 gün müddətində həll etdi və bütün dünyaya Azərbaycan əsgərinin, Azərbaycan siyasətinin, diplomatiyasının gücünü göstərdi.

2022-ci il 6 oktyabr tarixində  Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşün nəticələri Azərbaycan diplomatiyasının və şəxsən cənab Prezident İlham Əliyevin tarixi qələbəsi hesab edilə bilər. Çünki bu hadisə son 30 ildə yeganə faktdır ki, rəsmi İrəvanı məcbur edib ki, Azərbaycanın şərtlərini qəbul etsin və bu şərtlərlə razılaşsın. Bu baxımdan, Praqa görüşü Azərbaycanın diplomatiyasının böyük zəfəridir. Bu görüşdə Ermənistan hakimiyyəti anladı ki, Azərbaycanın sülh çağırışlarını qəbul etmədən heç bir uğur əldə edə bilməyəcək. Azərbaycanın şərtlərini qəbul edən rəsmi Bakı ilə sülh sazişi imzalamaqdan başqa yolunun olmadığını bilən Paşinyanın Naxçıvana dəhliz məsələsində susmağı onun müstəqil iradəyə malik olmadığını göstərdi. Bu fakt bir daha onu sübut etdi ki, Ermənistanın müstəqilliyi formaldır və kənar qüvvələr tərəfindən idarə olunur. Paşinyan dəhliz məsələsində bildirəcəyi fikrin himayədarlarının xoşuna gəlməyəcəyindən qorxduğuna görə müstəqil qərar verə və fikir bildirə bilmir. Praqa görüşünün nəticəsi, Ermənistan indiyə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımaqdan imtina edərkən Azərbaycan tərəfinin şərtlərini qəbul etdiyini bildirməsi və Azərbaycanın ərazi bütövlüyünü tanıması oldu. Bu da  Azərbaycan Respublikasının Prezidentinin cənab İlham Əliyevin sözün əsl mənasında diplomatik qələbəsidir. “Dəmir yumruq” əməliyyatı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhramanlıq göstərən əsgər və zabitlərimizin, Ali Baş Komandan İlham Əliyevin siyasətinin gücünü bütün dünyanın öndə gedən dövlətlərinə sübut etdi.

Cınab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan Respublikası artıq bütün dünyada öndə gedən dövlətlər arasında özünəməxsus yerini tutub. 

 

Emil Quliyev

Suraxanı rayonu Zığ bələdiyyəsinin sədri  

Infoteka.az