Dağlıq Qarabağ Respublikasının Milli Assambleyası Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazır olmasına cavab verib:
“Bizim üçün Nikol Paşinyanın Artsax Respublikasının suverenliyinə, xalqımızın öz müqəddəratını təyinetmə hüququna və onun həyata keçirilməsi faktına məhəl qoymaması ilə bağlı hər hansı bəyanatı və onun əsasında tərtib edilmiş istənilən sənəd qəbuledilməz və faydasızdır”.
Milli Assambleya bütün erməniləri “Ermənistan Respublikasının hazırkı hakimiyyətinin ermənilərin vətənlərinin bir hissəsini Azərbaycana vermək üçün fəlakətli addımlar atmasının qarşısını almağa” çağırır