Bu barədə ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltlə görüşündə Milli Məclisin sədri Sahibə Qafarova deyib
Sahibə Qafarova Qonağa regiondakı mövcud vəziyyətnən bağlı ətraflı məlumat verib.
Sahibe Qafarova həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını, hətta Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını, bir milyon azərbaycanlını öz doğma yurdlarından didərgin saldığını, bu ərazilərdəki demək olar ki, bütün infrastrukturu və tikililəri dağıddığını diqqətə çatdırmışdır.
S.Qafarova Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün əlindən gələni etdiyini bildirərək, Ermənistanın beynəlxalq hüququn beş prinsipinə əsaslanan sülh sazişi imzalamasını təklif edib:
“Bir-birinin suverenliyi və ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq. Ermənistan münasibətlərin normallaşmasına xələl gətirən hərəkətlərdən çəkinməli, siyasi iradə nümayiş etdirməli və sülh müqaviləsinin imzalanması üçün əməli addımlar atmalıdır. Bu, regionda davamlı sülh və sabitliyi təmin etməyin yeganə yoludur”
Sahibe Qafarovanın sözlərinə əsasən, hazırda Azərbaycan işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər salır. Keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması üçün böyük proqram artıq başlayıb.